Ermənistan hakimiyyətinin əleyhdarları Baş nazir Paşinyanın təyyarəyə minməsinin qarşısını almaq üçün paytaxt hava limanı yaxınlığında mitinq keçirmək istəyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Vətən partiyası üzvü Arsen Babayan məlumat verib.
Babayan Facebook-da Paşinyanın Rusiyaya uçmasına mane olmaq üçün saat 8. 00-dan etibarən paytaxtın Zvartnots hava limanında olacaqlarını yazır. “Bizə qoşulun və birlikdə vətənimizin ölümünün qarşısını alaq. Hakimiyyət dəyişikliyindən sonra Ermənistan və Qarabağın mənafeyinə zidd olan hər hansı bir qərar qəbul edilməyəcək və lənətlənəcək”.
KONKRET.az
