backend

Patriarx Kiril: "Rusiya heç kimə pislik etməyib, dünya nifrət, paxıllıq və qəzəblə ona qarşı çıxır"

Moskvanın və bütün Rusiyanın patriarxı Kiril hesab edir ki, Rusiya heç kimə pislik etməyib, dünya nifrət, paxıllıq və qəzəblə ona qarşı çıxır.

KONKRET.az xəbər verir ki, bu barədə din xadimi iyulun 3-də Kalininqraddakı Müqəddəs Kiril və Mefodi kilsəsində keçirilən liturgiyadan sonra deyib.

O qeyd edib ki, Rusiyanı başqasının qaydaları ilə formatlaşdırmaq cəhdləri yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Kiril bildirib ki, Rusiya heç bir səhv etməyib, lakin bütün dünya paxıllıq, nifrət və qəzəblə dövlətə qarşı silahlanıb.

“Biz fərqliyik və bu “Rusiyanın özgəliyi” qısqanclıq, paxıllıq və qəzəb hissi oyadır, lakin biz özümüzü dəyişə bilmərik”, – deyə patriarx vurğulayıb.

Din xadimi Gelencikdəki Müqəddəs Apostol Andrey Birinci Çağırılan Katedralin təqdis mərasiminə rəhbərlik edib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Aslan
    İyul 4, 2022 - 03:46

    Nəyinizə paxıllıq edir dünya? Vodka’nıza mı uoxsa nataşalara mı? Nəyiniz var ay yazıq rus? Bir jigukiniz varıydı Qərb ölkələri microchip satışını dayandırdı fabrikanız çökdü, istehsalınız dayandı. Matryoşkalar sizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*