Yunanıstanda meriyaya daxil olan məktubların yoxlanılması zamanı şübhəli zərf aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT–1” telekanalı məlumat yayıb.
Bildirilib ki, məktubu açan mühafizəçi içərisində Afina meri Kostas Bakoyannisə qarşı təhdid mesajı, həmçinin 45 kalibrli güllə aşkar edib.
Polisdən bildirilib ki, məktubda göndərən şəxs barədə heç bir məlumat olmayıb.
Qeyd olunub ki, Yunanıstan Dövlət Təhlükəsizlik Xidməti insidentlə bağlı araşdırma aparır.
Məlumata görə, Afina meri 44 yaşlı Kostas Bakoyannis Baş nazir Kiriakos Mitsotakisin qardaşı oğludur. Onun atası tanınmış jurnalist və parlamentari Pavlos Bakoyannis terrorçular tərəfindən 45 kalibrli güllə ilə öldürülüb.
İqbal Rzayev,
KONKRET.az
