Paytaxtın bu küçəsində hərəkət zolaqlarının sayı artırıldıbackend

Paytaxtın bu küçəsində hərəkət zolaqlarının sayı artırıldı

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.

KONKRET.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*