Pele Putinə müraciət etdi: “İşğalı dayandırın”backend

Pele Putinə müraciət etdi: "İşğalı dayandırın"

Məşhur futbolçu Pele Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Ukraynadakı münaqişəni dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, müraciətini “Instagram” sosial media hesabında paylaşıb.

“İşğalı dayandırın. Bu davam edən zorakılığa qətiyyən heç bir bəraət qazandırmaq olmaz”, – deyə keçmiş braziliyalı futbolçu yazıb.

Xərçəng xəstəliyindən müalicə olunan 81 yaşlı Pele mesajını Ukraynanın pley-offda Şotlandiyanı 3:1 hesabı ilə məğlub etdiyi gün yayımlayıb.

Pele Beynəlxalq Futbol Federasiyasının Futbol Komissiyası tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu seçilib. O, dünyada üç dəfə (1958, 1962 və 1970-ci illərdə) dünya çempionu olan yeganə futbolçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*