Pelosinin Asiya turu başlayır: Siyahıda Tayvan yoxdurbackend

Pelosinin Asiya turu başlayır: Siyahıda Tayvan yoxdur

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiyaya səfəri başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nümayəndələr Palatasından verilən yazılı açıqlamada Tayvan ziyarət ediləcək ölkələr arasında yer almayıb.

“Bu gün nümayəndə heyətimiz regiondakı müttəfiqlərimizə güclü və sarsılmaz sadiqliyini bir daha sübut etmək üçün Hind-Sakit okeana səfər edir. Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyada sülh, ticarət, COVID-19 pandemiyası, iqlim böhranı, insan hüquqları daxil olmaqla yüksək səviyyəli görüşlər keçirəcək”, – açıqlamada deyilir.

Qeyd edək ki, Pelosinin Asiya turu çərçivəsində Tayvana səfər etmək planı Çin və ABŞ arasında gərginliyə səbəb olub. Pelosinin ziyarət edəcəyi ölkələr arasında Tayvan yer almayıb, lakin səfər planının ləğv edilib-edilməməsi ilə bağlı rəsmi açıqlama da verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*