Pelosinin Tayvana səfərinin vaxtı AÇIQLANDIbackend

Pelosinin Tayvana səfərinin vaxtı AÇIQLANDI

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfərinin vaxtı açıqlanıb. O, avqustun 2-də axşam Tayvana uça bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Tayvanın ET today informasiya portalı məlumat yayıb .

Portalın məlumatına görə, Pelosinin təxminən 20 nəfərlik nümayəndə heyətinə başçılıq edərək, yerli vaxtla saat 22.30 radələrində Taypeyin Sonşan hava limanına enməsi gözlənilir.

Spiker gecəni “Grand Hyatt” otelində keçirəcək və avqustun 3-də səhər saatlarında Tayvanın Qanunvericilik Parlamentinə baş çəkəcək, orada yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşəcək.

Portalın məlumatına görə, həmin gün günorta radələrində Pelosi təyyarəyə minərək Tayvana səfərini tez başa vuraraq adadan ayrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*