Pentaqon: “ABŞ-ın Rusiya və Çinlə müharibəsi planet üçün dəhşətli olacaq”backend

Pentaqon: “ABŞ-ın Rusiya və Çinlə müharibəsi planet üçün dəhşətli olacaq"

ABŞ-ın Baş Qərargah rəisinin müavini Con Hayten Moskva ilə strateji sabitlik mövzusunda danışıqlar aparıldığını söyləyib.

KONKRET.az “Tass”a istinadən xəbər verir ki, Hayten ABŞ -ın məqsədinin heç vaxt Rusiya və Çinlə müharibə etməmək olduğunu dilə gətirib. O bildirib ki, əgər ABŞ, Rusiya və Çinlə müharibə edərsə, bu planet üçün dağıdıcı nəticələrə yol aça bilər.

Con Hayten ABŞ və Rusiya arasında uzun illər davam edən “soyuq müharibə”ni iki böyük dövlət arasında ən əhəmiyyətli qarşıdurma adlandırıb. O əlavə edib ki, nəhəng nüvə silahı arsenalına malik olan iki böyük dövlət “soyuq müharibə” ilə kifayətləndi və döyüşmədi: “Böyük dövlətlərə gəldikdə, məqsədimiz Çinlə müharibə etmək , Rusiya ilə savaşmaq olmayıb. Çünki bu həm ölkələrimiz, həm də planet üçün dəhşətli bir gün olardı”.

General ümumi vəziyyəti anlamaq üçün Rusiya ilə strateji sabitlik mövzusunda danışıqlar aparıldığını da deyib. O, Çinlə də eyni cür strateji danışıqların aparılmasının zəruriliyini vurğulayıb.  Hayten, “nə qədər fərqli olsaq da, ortaq bir məqsədimiz var və bu heç vaxt bir -birimizlə vuruşmamaqdır,  çünki nüvə enerjisi olan dövlətlərin müharibə etməsi dəhşətlidir” – deyə fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*