Pərviz Şahbazov yunan səfirlə Cənub Qaz Dəhlizini müzakirə etdibackend

Pərviz Şahbazov yunan səfirlə Cənub Qaz Dəhlizini müzakirə etdi

Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkosu qəbul edib.

Energetika Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, görüşdə qlobal enerji layihəsi olan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa diqqət çəkən nazir, Yunanıstanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə “Şahdəniz-2” qazının alıcısı kimi əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.

P. Şahbazov Yunanıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında təmsil olunması yüksək qiymətləndirilib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə Komissiya”nın növbəti iclasının keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*