“ABŞ-də KXDR hərbçilərinin Ukraynada döyüşlərdə iştirakını iddia edirlər. Lakin bu iddialar sübutlarla təsdiqlənmir. Buna görə də Kreml məsələyə münasibət bildirmir”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib: “Mən bu mövzuda heç nə deməyəcəyəm.Amerika tərəfinin yekun təsdiqi yoxdur”, – deyə Kreml nümayəndəsi bildirib.
Peskov daha sonra qeyd edib ki, Vladimir Putinin Kazanda keçirdiyi mətbuat konfransında söylədiklərinə əlavə ediləcək heç nə yoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az