Peskov “Bayraktar” zavoduna görə Ukraynanı TƏHDİD ETDİbackend

Peskov “Bayraktar” zavoduna görə Ukraynanı TƏHDİD ETDİ

“Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, o, dərhal demilitarizasiyaya məruz qalacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki,  bunu Rusiya prezident aparatının mətbuat katibi Dmitri Peskov deyib.

“Belə bir obyektin yaradılması faktı çox güman ki, dərhal demilitarizasiya mövzusuna düşəcək. Bu, yalnız ukraynalıların əzablarını uzadacaq”, – Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*