Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənitan Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-dən çıxacağı ilə bağlı bəyanatına münasibət bildirib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, Rusiyanın İrəvanın KTMT ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün Ermənistanla işləməyə davam edəcəklərini bildirib.
“Biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, – deyə Peskov bildirib.
Orxan Həsənli
KONKRET.az