“Ukrayna mövzusunda Türkiyə ilə fikir ayrılığı ölkələr arasında əməkdaşlığa mane olmur”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
O, Türkiyənin Rusiyaya dost dövlət, eləcə də siyasi, ticarət və iqtisadi baxımdan mühüm tərəfdaş olduğunu xatırladıb. Peskov Ankaranın anti-Rusiya sanksiyalarına qoşulmadığına və müstəqil xarici siyasət yürütdüyünə də diqqət çəkib:
“Bu, bizə qarşılıqlı əlaqələrimizi davam etdirməyə imkan verir. Müxtəlif məsələlərdə fikir ayrılıqlarımız var, buna ilk növbədə Ukrayna münaqişəsi daxildir”, – Peskov vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bildirib ki, Krımın Ukraynaya verilməsi Kiyevlə istənilən razılaşmanın bağlanması üçün əsas olmalıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
