Peskovdan Putin-Makron görüşü ilə bağlı AÇIQLAMAbackend

Peskovdan Putin-Makron görüşü ilə bağlı AÇIQLAMA

“Biz bir görüşün həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”.

KONKRET.az “İzvestiya.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasındakı baş tutacaq görüş barədə danışarkən deyib.

“Makron Avropa İttifaqına sədrlik edən ölkənin prezidentidir. Bu, çox əhəmiyyətlidir. Amma vəziyyət çox mürəkkəbdir. Bununla belə, Makron Putinə deyib ki, gərginliyin azalması istiqamətində müəyyən təklifləri var. O bu fikirləri Putinlə bölüşməyə hazırdır”, – D.Peskov bildirib.

Qeyd edək ki, liderlər arasındakı görüşün bu gün keçiriləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*