İspaniyalı motosikletçi Álex Márquez Barselonada keçirilən “MotoGP”in Kataloniya Qran-prisində ağır qəza keçirib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, qəza zamanı Aleks Markes rəqibi Pedro Acosta ilə toqquşmadan yayınmağa çalışarkən motosikletinin idarəetməsini itirib. Hadisədən sonra yarış qırmızı bayraqla dayandırılıb.
Müayinələr nəticəsində pilotun boyun fəqərəsində və sağ körpücük sümüyündə sınıq aşkarlanıb. Onun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib.
