Pişiyə qarşı qeyri-insani hərəkət ürəkləri sızlatdı – (18+ VİDEO)backend

Pişiyə qarşı qeyri-insani hərəkət ürəkləri sızlatdı - (18+ VİDEO)

İstanbulun Maltepe vilayətində baş verən hadisə insanların kəskin hiddətinə tuş gəlib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, yanında itlərlə gəzən şəxs ağacda oturan pişiyi yerə endirmək üçün əlindəki kəmərlə onu vurub.

Həmin şəxsin zərbələrinə dözə bilməyən pişik ağacdan yerə enib. Bu zaman pişik itlərin hücumuna məruz qalıb. Kənarda dayanan başqa bir şəxs isə ürəkparçlayan mənzərəni telefonunun kamerasına çəkib.

Görüntülər paylaşılan andan etibarən Maltəpə polisini hərəkətə keçirib. Axtarış zamanı yaşı 18-dən aşağı olan 3 nəfər saxlanılıb.

Onlar əvvəlcə sağlamlıq müayinəsindən keçib. Daha sonra isə polisin nəzarətində saxlanılmaq üçün müvafiq büro əmirliğinə göndərilib.

KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*