“PKK ilə əməkdaşlıq edən Ermənistan…” – Türkiyə MN-dən SƏRT BƏYANATbackend

“PKK ilə əməkdaşlıq edən Ermənistan...” - Türkiyə MN-dən SƏRT BƏYANAT

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanda dinc sakinlərin yaşadığı şəhərlərə raket hücumunu qınayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı nazirliyin “Twitter” hesabında paylaşım edilib.

“PKK terror təşkilatı ilə əməkdaşlıq edəcək qədər aciz davranan Ermənistan ordusu atəşkəs rejimlərini həmin an pozaraq mülki vətəndaşların qətliamına davam edir.

Azərbaycan ordusu isə cəbhədə  mərd və qəhrəmancasına mübarizədə 183 yaşayış məntəqəsini işğaldan azad edib və buna davam edir”, – deyə paylaşımda bildirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*