PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR – Xəstəxanadadırbackend

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR – Xəstəxanadadır

Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli PKK tərəfdarlarının hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.

Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib.

Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.

Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*