Poçt bağlamasında içində insan beyni olan şüşə qab tapıldıbackend

Poçt bağlamasında içində insan beyni olan şüşə qab tapıldı

Kanada və ABŞ-ın sərhəddində saxlanılan poçt maşınında içində bir adamın beyni olan şüşə qab tapılıb.

KONKRET.az bu barədə Lenta.ru-ya istinadən xəbər yayıb.

Dəhşətli tapıntı patrul əməkdaşları tərəfindən Miçiqan ştatının sərhədində maşının kabinəsində aşkarlanıb.

Bankanın üstünə “Təlim üçün antik nümunə” yazılıbmış.

Sürücü şüşə qabı Kanadanın Toronto şəhərindən ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərinə apardığını deyib.

Patrul əməkdaşları insan beyninin daşınması üçün lazımi sənədlərin olmadığını əsas gətirərək qabı müsadirə ediblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*