Pol Qobl planı: Zəngəzur bunun müqabilində Azərbaycana verilirdi – FOTOFAKTbackend

Pol Qobl planı: Zəngəzur bunun müqabilində Azərbaycana verilirdi - FOTOFAKT

1999-cu ilin oktyabrından sonra ABŞ və Türkiyənin xüsusi xidmət orqanları Ermənistanın Syunik (Zəngəzur) bölgəsi ilə Qarabağın dağlıq hissəsini Pol Qobl planı üzrə dəyişmək qərarına gəlmişdilər.

KONKRET.az xəbər verir ki, bu variant üzərində ciddi müzakirələr aparılsa da, sonradan Karen Demirçyan və Vazgen Sarqsyanın oktyabrın 27-si baş verən terrorda öldürülməsi ilə məsələyə nöqtə qoyulmuşdu. Maraqlıdır ki, nədənsə, yenidən bu ideyanı beyin mərkəzləri ortalığa atmağa cəhd edib.

Qeyd edək ki, I Qarabağ savaşı bitən illərdə gündəmdə dolaşan həll variantı dəhlizə-dəhliz idi. Yəni Azərbaycan Laçın dəhlizini ermənilərə, Ermənistan isə Zəngəzur koridorunu Bakıya verməli idi. Hətta Lissabon (1996), İstanbul (1999) və Ki-Vest (2001) sammitlərində də bu məsələnin müzakirə olunduğu iddia olunur. Bir faktı da qeyd edək ki, planı Pol Qobla məxsus olsa da, Zəngəzur məsələsi ümummilli lider Heydər Əliyevi daim düşündürən plan olub. Şuşanın işğaldan azad olunması da onun vəsiyyətlərindən biri olub. Prezident İlham Əliyev Şuşanı azad edib, Zəngəzur dəhlizinə isə vaxt keçdikcə daha da yaxınlaşır.

Pol Qobl planına qayıtsaq, Bakı üçün uyğun olsa idi, buna XX əsrin 90-larında imza atılardı. Həm də indi ABŞ-ın belə bir planı yoxdur. Çünki sülh sazişinin Vaşinqton variantında Qarabağ Azərbaycanın suveren ərazisi kimi göstərilir. Həm də sülh prosesi Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinə əsasən aparılır. Sözügedən barteri əngəlləyən reallıqlar var:

  • – Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir;
    – Laçın koridorunun əvəzinə Zəngəzur dəhlizi açılmalıdır;
    – İran mövcud sərhədlərin dəyişdirilməsini qəbuledilməz sayır;
    – Bu ərazi dəyişdirilməsi bölgədə Rusiyanı lazımsız edir;

Ən önəmlisi isə Prezident İlham Əliyevin “heç vaxt imkan verə bilmərik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın” cümləsidir.

Pol Qobl planının xəritəsini təqdim edirik:

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*