Polis rəisi Xaçmazın Əhmədoba kəndinə getdi – Maarifləndirmə işləri geniş miqyas aldıbackend

Polis rəisi Xaçmazın Əhmədoba kəndinə getdi - Maarifləndirmə işləri geniş miqyas aldı

Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Əhmədoba kəndində yerləşən tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə rayon təhsil şöbəsinin nümayəndələri, rayon ziyalıları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Rayon polis şöbəsindən KONKRET.az-a verilən məlumata görə, şöbə rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov insan sağlamlığına ciddi təhlükə törədən narkotik maddələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərdən danışıb. Polis rəisi bildirib ki, polislər tərəfindən aparılan sayıq xidmət nəticəsində rayon ərazisində bu maddələrin satışını həyata keçirən şəxslərin əksəriyyəti ifşa olunaraq məsuliyyətə cəlb olunublar. Lakin bu maddələrin yayılmasının qarşısının alınmasında yalnız polis deyil, rayon ziyalıları və sakinləri də fəal olmalı, zərərli vərdişlərə düçar olmuş şəxslərin normal həyata qayıtmasında isə birlik göstərərək onlara kömək etməli, bacardıqları qədər mənəvi dəstək olmalıdırlar.

Daha sonra çıxış edən RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Hüseyn Zeynalov erkən nikah mövzusunda geniş məruzə ilə çıxış edib. H.Zeynalov bildirib ki, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər və fizioloji fəsadlar gənclərin həyatlarında unudulmaz bir iz kimi qalır və nəticədə gənclərin ailələrində bir müddətdən sonra münaqişələr meydana qəlir. Ona görə də, uşaqların erkən ailə həyatı qurmaları yolverilməzdir.

Tədbir məktəblilərə narkotik vasitələrin insan sağlamlığına vurduğu mənfi xüsusiyyətləri əks etdirən videoçarxın nümayiş olunması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*