Polisdən İtaliyanın ən böyük mafiyasına qarşı əməliyyat: 100-dən çox mafioz həbs edildibackend

Polisdən İtaliyanın ən böyük mafiyasına qarşı əməliyyat: 100-dən çox mafioz həbs edildi

İtaliya polisi bir çox üzvləri həbsdə olan Siciliya mafiyası “Cosa Nostra”nı bərpa etmək cəhdinin qarşısını alıb.

KONKRET.az xəbər verir ki, keçirilən genişmiqyaslı əməliyyat zamanı 180-dən çox şübhəli mafioz həbs edilib.

Son illər bu kriminal qrup hüquq-mühafizə orqanlarının güclü təzyiqinə məruz qalıb. Onun minlərlə nümayəndəsi həbs edilib.

Hətta həbsdə olarkən mafioz Koza Nostranın fəaliyyətinə nəzarət edilib. Məlum olub ki, onlar həbsxana kameralarına qaçaq yolla gətirilən telefonlardan istifadə edərək tabeliyində olan kriminal dəstə üzvləri ilə əlaqə saxlayıblar.

Saxlanılan mafiya üzvləri hədə-qorxu ilə pul tələb etmə, adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə şübhəli bilinirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*