Polislər müxalifət liderinin dükanına hücum etdilər – FOTOLAR – VİDEObackend

Polislər müxalifət liderinin dükanına hücum etdilər – FOTOLAR - VİDEO

Ermənistanın Şirak bölgəsinin polis rəisi öz “qoçuları” ilə birlikdə mağazaya daxil olaraq vətəndaşlara hücum edib, onları küçəyə çıxardaraq yerlə sürüyüb. Sosial şəbəkələrdə polis rəisi buna görə lənətlənib.

Konkret.az ermənilərin sosial şəbəkələrinə istinadla xəbər verir ki, fəal Karapet Poqosyan özünün facebook səhifəsində bildirib ki, dünən gecə 22:30 radələrində polislər mənim ideoloji dostum, fəal müxalifət lideri Qarik Şekonun dükanına hücum ediblər. Onların başında isə Şirak polis qüvvələrinin rəhbəri Aşot Qriqoryan və Gümri polis idarəsinin rəisi Xoren Barkaşyan durur. “Nikol Paşinyan, bizdən uzaq dur … “, – deyə Facebook istifadəçisi yazıb. İstifadəçi videoda polisin etdiyi əməlləri göstərir. İstifadəçi vəd edib ki, hələ əlində nümayiş edəcəyi digər videoları da təqdim edəcək.

Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*