Politico: “Şoltsun Ukrayna ilə bağlı mövqeyi Baydendən asılıdır”backend

Politico: "Şoltsun Ukrayna ilə bağlı mövqeyi Baydendən asılıdır"

Almaniya kansleri Olaf Şolts Ukraynaya “Leopard” tanklarının tədarükü məsələsində ABŞ Prezidenti Co Baydenin mövqeyini rəhbər tutur.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” Almaniyadakı mənbələrə istinadən məlumat yayıb.

Şolts bu həftə Berlində keçirilən regional seçki mitinqində deyib ki, “Leopard” tanklarının tədarükü ABŞ-la birlikdə müzakirə edilməlidir.

Nəşr qeyd edib ki, kansler Londonun “Challenger 2” tanklarını Kiyevə göndərmək qərarına görə təzyiq altındadır.

Bundan əlavə, Polşa artıq Ukraynaya Almaniya istehsalı olan tankların tədarükünü elan edib.

Kanslerin sözçüsü daha əvvəl bildirib ki, Britaniyanın planları Almaniyanın mövqeyini dəyişməyəcək.

Şoltsun sözlərinə görə, Almaniya “Leopard” məsələsində təkbaşına hərəkət etməməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*