Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirirbackend

Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirir

Polşanın yanğın təhlükəsizliyinə cavabdeh idarələri ölkənin bomba sığınacaqlarının inventarını aparır. Bu prosesi iki ay davam edəcək.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib.

Onun sözlərinə görə Polşada 62 min sığınacaq var.

“Yanğınsöndürmə briqadası onların vəziyyətini, təchiz edilib-edilmədiyini və istifadəyə yararlı olub olmadığını yoxlayır”, – nazir müavini deyib.

Qeyd edək ki, oktyabrın 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada terror aktları törətmək üçün silahlıların Polşa, Litva və Ukraynada təlim keçdiyini bildirib. Polşa ölkələr arasında münasibətlərin getdikcə gərginləşdiyi üçün vətəndaşlarını Belarusu tərk etməyə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*