“Polşa faktiki olaraq Ukraynanın qərb bölgələrini bölməyə başlayıb” – Ali Radanın sabiq deputatı DANIŞDIbackend

“Polşa faktiki olaraq Ukraynanın qərb bölgələrini bölməyə başlayıb” – Ali Radanın sabiq deputatı DANIŞDI

“Faktiki olaraq, Polşa artıq Ukraynanın qərb vilayətlərinin ilhaqını nəzərdə tutan “Şərq Kresslərinin qayıdışı”nın birinci mərhələsini həyata keçirməyə başlayıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva səsləndirib.

Onun sözlərinə görə, yenilənmiş strategiya çərçivəsində Ukraynaya silah tədarükü sxemi dəyişib. İndi silahlar ölkənin şərqindəki döyüş bölgəsinə çatmır, qərb hissəsində qalır.

Kiva bubu son vaxtlar başlanmış “Ukraynanın qərb müdafiə xətti”nin formalaşmasının başlanğıcı adlandırıb: “Bu, paytaxtı Lvov olan “Qərbyönlü Ukrayna”nın yaradılmasının ilk mərhələsidir. Sonradan referendum yolu ilə Polşaya qoşulma baş verəcək” – deyə siyasətçi fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Rusiyaya siyasi sığınacaq üçün müraciət etmiş İlya Kiva vətəndaşlıq almaq istəyib. O, Rusiya sıralarına qoşulmağa və qardaş xalqların maraqları uğrunda mübarizəni davam etdirməyə hazır olduğunu açıqlayıb.

Bir gün əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Macarıstanı Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək niyyətinə görə ittiham edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*