Poqosyan Ermənistan Xarici İşlər Nazirliyinə HİDDƏTLƏNDİ: Azərbaycana müsbət siqnallar ötürürsünüz?backend

Poqosyan Ermənistan Xarici İşlər Nazirliyinə HİDDƏTLƏNDİ: Azərbaycana müsbət siqnallar ötürürsünüz?

“Artsax” Konstitusiyasından başqa heç bir sənəd tanımıram. Amma bu sənədə əsasən, təlimlər “Artsax”ın  Laçın (Berdzor) bölgəsindən keçirilir. Ermənistan Xarici işlər nazirliyi! Deyin görüm “Artsax”ın sərhədləri hansıdır?” 

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu cür səsrəm fikirlərlə Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin icraçı direktoru Tevan Poqosyan çıxış edib.  Poqosyan bu fikirləri Azərbaycan və Türkiyə hərbçilərinin Laçın dəhlizi yaxınlığında keçirdiyi hərbi təlimlərdən danışarkən səsləndirib:

“Xarici işlər nazirliyi zəhmət olmasa cavab verin, yoxsa  Azərbaycana müsbət siqnallar göndərirsiniz?” – Poqosyan vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin Ermənistan-Qarabağ sərhədində, Laçın dəhlizi yaxınlığında keçirdiyi hərbi təlimlərin demarkasiya prosesinə və sülhə təhdid olduğunu bildirmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*