Litva Rusiya və Belarus vətəndaşları üçün yeni giriş tələbi tətbiq etməyi düşünür.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Litva hakimiyyəti ölkəyə gələn rus və belaruslardan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləmələrini tələb edəcək.
Yeni tələb ölkəyə təhsil, mədəniyyət və idman sahələrində ictimai tədbirlərdə iştirak etmək üçün gələn ruslar və belaruslara şamil ediləcək.
Sənədi imzalamaqdan imtina edən şəxslərin ölkəyə girişinə icazə verilməyəcək”, – deyə bildirilib.
Litva Xarici İşlər Nazirliyi qeyd edib ki, bununla bağlı qərarlar hər bir hal üzrə ayrıca deyil, vahid və obyektiv meyarlar əsasında qəbul ediləcək.
