Prezident 190 manat alanların sayını 3 dəfə artırdıbackend

Prezident 190 manat alanların sayını 3 dəfə artırdı

“Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Prezident bildirib ki, yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb və indi bu təkliflər, sifarişlər geniş təhlil edilir:

“Maksimum səviyyədə şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.

  • Server Zeynalov
    Aprel 17, 2020 - 17:34

    Men qeydiyatdan kecmiwem ozumde kirayede qaliram anamla aciq evin kirayesin de ver bilmirik vezyetimiz cox pisdi valllah

  • Server Zeynalov
    Aprel 17, 2020 - 17:35

    Men qeydiyatdan kecmiwem Mene vermiyibler 190 yardimi ozumde kirayede qaliram anamla aciq evin kirayesin de ver bilmirik vezyetimiz cox pisdi valllah

  • Xalid
    Aprel 29, 2020 - 17:12

    Salam menim adima hec bir wey yoxdur niye gore mene 190 manat diwmemelidir? 0505636673 menim qeydiyatmi bor daha arawdirin xaiw edirem

  • Müşviq şükürov
    İyun 10, 2020 - 08:23

    Salam mən ailəmlə birlikdə işsizlik heç yerdə işləmirəm xahiş edirəm bizi də nəzərə alsanız adımıza VÖEN olduğu üçün yoldaşıma imtina gəldi mənə heç sms də gəlmədi biz az təminatlı ailəyik xahiş edirəm bizi də nəzərə alasınız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*