Prezident Administrasiyasının əməkdaşı Alen Simonyanı qarşılamadığı üçün işdən çıxarıldıbackend

Prezident Administrasiyasının əməkdaşı Alen Simonyanı qarşılamadığı üçün işdən çıxarıldı

Prezident Administrasiyasının əməkdaşı Alen Simonyanı qarşılamadığı üçün işdən çıxarılıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Politik.am nəşri məlumat verib.

Bu günlərdə Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan müsahibəsində bildirib ki, eks-prezident Armen Sarkisyanın müşaviri, Prezident Administrasiyasının protokol şöbəsinin keçmiş rəhbəri Armen Qiçyan onun xahişi ilə istefa verib.
“Onun işləməyə hazır olub-olmadığını bilmirəm, amma mən ondan getməsini xahiş etdim”, – deyə Simonyan bildirib.

Nəşr Armen Qiçyanın işdən çıxarılmasının əsl səbəbini öyrənib. Alen Simonyan prezident sarayının binasına daxil olan ilk gün prezidentin müşaviri olan Armen Qiçyan onunla qarşılamayıb.

Ertəsi gün Alen Simonyan Qiçyanı öz yanına çağırıb və epizodu göstərərək ondan ərizə yazmasını istəyib, Qiçyan isə heç nə demədən ərizə yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*