Prezident bu suala zarafatyana cavab verdi – VİDEObackend

Prezident bu suala zarafatyana cavab verdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı üç saata yaxın davam edən müsahibədə ATƏT-in Minsk qrupu barədə də danışıb.

Azərbaycan Prezidenti jurnalistin “ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?” sualına maraqlı cavabı ilə diqqət çəkib.

Minsk qrupunun fəaliyyətini aşağı qiymətləndirən dövlət başçısı, suala zarafatyana cavab verib: “Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir”.

Prezidentin müsahibəsindən həmin anın videosunu təqdim edirik:

 

 

  • Tahir
    Yanvar 13, 2022 - 12:42

    Mənim bir pişiyin var. Balaca vaxtı pişiyin adını Obama qoymuşdum. Sonra baxdım ki, bu Obama bütün gününü doymaq bilmədən yeyib içir, azmış kimi qonşuları gəzib orda da yeyir, yatır, burnunun önündən siçovul keçsə də heç qımıldanmır, motala oxşayır.Məhz o bu “keyfiyyətlərinə” görə pişiyin adını dəyişərək ATƏT- dən olan Anjey Kaspşikin olmayan “şərəfinə” Kaspişik qoymuşam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*