Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, təltif olunanlar arasında general-leytenant Tahirov Ramiz Firudin oğlu da var.
Sərəncama əsasən Tahirov Ramiz Firudin oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Ramiz Tahirov Azərbaycan Respublikası Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin Komandanıdır.
