Prezident İlham Əliyev tanınmış yazıçıya ev bağışladıbackend

Prezident İlham Əliyev tanınmış yazıçıya ev bağışladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb.

KONKRET.az xəbər verir ki, bu, mənzil şəraitinə və əlavə yaradıcılıq otağına ehtiyacı olan ədib üçün ən böyük töhfədir.

Prezident İlham Əliyevin göstərişi əsasında 122 saylı sərəncamla Əmir Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.

Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

Əmir Pəhləvan bildirib ki, dünyada COVİD-19 virusunun yayılması səbəbindən yaşanan gərginlik, narahatlıq və karantin rejimində doğma Azərbaycanımda cənab Prezident İlham Əliyevin mənə bu cür qiymət verməsi gözlənilməz oldu. Azərbaycan xalqının xoş güzəranı namınə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə edilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına etdiyim xidmətlərin müqabilində verilən bu sərəncam məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağıma sövq edir. Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hissəsidir. /Trend/

  • Tahire
    İyul 4, 2020 - 22:42

    Bilmirem bu evler,tırpanlar,avtomobiller hansı teqdimatla verilir? Her zaman arzularım ureyimde qalıb. Kitablarımı çap etdirmeye maddi imkanım olmayıb. Heqiqeti soylediyim üçün her şeyden mehrum olmuşam.

  • Ramin
    İyul 5, 2020 - 18:38

    Salam bu cenab prezidente artiq 3ildir mektubla muraciet edirem ancaq hec bir faydasi yoxdur.Ancaq taninmiwlra baxir.bes biz olmeliyikse birdefelik ozumuzu yandiraq zeherleyek olekde.Menim iki ovladim var biri kallecde tehsil alir dekabrda herbi xidmete gedecey ancaq qohumlarimizin verdiyi corekle yawayiriq prablemi kime deyek?deyendede deyirler iw varda hardadi o iw?maksimum komxozda iw olur oda 200 manat onu deyene demek lazimdirki sene 400 manat verirem bir ay yawa.Axi hec olmazsa men zabit olmuwam mueyyen prablemler olub her weyi yazmiram.Anaq hec olmazsa insanin muracietine baxsinlar tesufki hardadi ele bir insanki insanla maraqlansin.Ramin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*