Prezidentin Almaniya səfəri bizə hansı dividentlər qazandıra bilər? – AÇIQLAMAbackend

Prezidentin Almaniya səfəri bizə hansı dividentlər qazandıra bilər? - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri böyük maraqla qarşılanıb və geniş rezonans doğurub. Siyasi analitiklər dövlət başçısının Almaniyada bir sıra vacib görüşlər keçirməsinin Azərbaycan üçün vacib əhəmiyyət kəsb etdiyini, iki ölkə arasındakı münasibətlərdə dönüş yaradacağını  diqqətə çatdırıblar. Bəs görəsən Prezidentin Almaniya səfərindən əsas gözləntilər nələrdən ibarətdir? Ümumiyyətlə, bu səfər bizə hansı dividentlər qazandıra bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Prezidentin Almaniya səfəri çox mühüm əhəmiyyət kəsb edir: “Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir.

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTACPolitoloq əlavə edib ki, bu gün Fransanın təhrikləri ilə Avropa İttifaqı daxilində və Avropa Parlamentində Almaniyanın müəyyən təxribatçı siyasətlərə alət edildiyini görmək mümkündür: “Belə vacib bir məqamda Prezidentin səfəri Almaniyada formalaşma ehtimalı olan yanlış siyasi qərarların aradan qaldırılmasına səbəb olacaq. Odur ki, bu səfərdən sonra Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayacaq”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Konfliktoloq Elman Vəliyev bildirib ki, Almaniya ilə Azərbaycan arasındakı əlaqə əsas enerji xətti istiqamətindədir: “Almaniya dünyanın aparıcı iqtisadiyyatına malik sayılı ölkələrdəndir. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Həmçinin Azərbaycan Avropa Birliyinə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı arta bilər.

Elman Valiyeff (@EValiyeff) / Twitter

Digər bir məsələ isə Azərbaycanı Avropa Birliyi və NATO-ya üzv etmək kimi plannın mövcud olmasıdır. Diqqət etsək, Prezidentin son səfərlərinin NATO ölkələrinə olduğunu görə bilərik. Azərbaycanın NATO-ya üzvlüyünə yalnız Fransa veto qoya bilər. Amma belə bir plan varsa, bu alınacaq. Ümumiyyətlə, Rusiyanın təsirinin güclü olduğu məkanları alyansa daxil etmək əsas hədəflərdəndir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*