Prezidentin cangüdənləri müxalifətçilərlə əlbəyaxa oldularbackend

Prezidentin cangüdənləri müxalifətçilərlə əlbəyaxa oldular

Dünən axşam, “Group 24” müxalifət hərəkatının tərəfdarları Tacikistan prezidentinin təhlükəsizlik xidmətinin üzvləri ilə Parisin mərkəzində döyüşüblər. KONKRET.az-ın Avropa ölkələri üzrə bürosu xəbər verir ki, Emomali Rahmon Avropa turu çərçivəsində iki gün əvvəl İsveçrədən Parisə gəlib.

Şahidlərin sözlərinə görə, G-24-ün üzvləri Fransa-Tacikistan işgüzar şurasının görüş yeri yaxınlığında Emomali Rahmonun siyasətinə qarşı şüarlar qışqırıblar. O zaman cangüdənləri etirazçılara yaxınlaşaraq dağılışmağı tələb ediblər, lakin şifahi söz atışması tez bir zamanda təhqir və qol mübarizəsinə çevrilib. Qarşıdurma zamanı hadisə yerinə 50 fransız jandarm və təcili yardım maşını göndərilib. Jandarmlar Tacikistan prezidentinin təhlükəsizlik nümayəndələri və etirazçılar arasında dayanıblar və prezidentin Fransa-Tacikistan işgüzar məclisindəki fransız iş adamları ilə görüş yerinə yaxınlaşmasına imkan verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*