Prezidentin “EVDƏ QAL” çağırışına əməl edək: “Virusa qalib gələcəyik” – Gənc fəalbackend

Prezidentin "EVDƏ QAL" çağırışına əməl edək: “Virusa qalib gələcəyik” - Gənc fəal

“Evdə idmanla məşğul olun, televizora baxın, kitablar var, onları oxuyun, internetdən faydalı istifadə edin. Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa, Azərbaycan mədəniyyəti tarixi haqqında, sənətkarlar haqqında məlumatlı olsunlar, maariflənsinlər. Mən insanlara məsləhət görürəm ki, evdən çıxmasınlar. Özlərini və yaxınlarını qorusunlar”.

KONKRET.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində gənc ictimai fəal Nicat Müslümov yazıb.

Gənc fəal hesab edir ki, xəstəlik əlamətləri hiss edən kimi təcili yardıma müraciət etmək lazımdər:

“Hər birimiz ölkəmizdə elan edilən qərarlara, tətbiq edilən qaydalara, verilən tövsiyələrə ciddi yanaşmalı, maksimum əməl etməliyik. Bu xəstəlik irsi xəstəlik deyil ki, gizlədəsən. Əksinə dərhal həkimə müraciət etmək tövsiyə edilir. Azərbaycanda da öz növbəsində bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq. Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, tranzit yüklərin daşınmasında xüsusi qaydaların tətbiq edilməsi, önləyici tədbirlərə yardımçı olacaq tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verib və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Ölkə Prezidenti bu məsələyə çox ciddi yanaşır və profilaktik tədbirlərin aparılması ilə bağlı tapşırıqlar verir. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ola bilsin ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər”.

Gənc fəal bildirib ki, elliklə qaydalara əməl etsək, epidemiyaya qalib gəlmək mümkündür:

“Əminliklə deyirəm ki, əgər biz həmrəy, səbirli olsaq, qaydalara əməl etsək, əlbəttə, bu virusa da qalib gələcəyik. İctimai yerlərdən uzaq durmaq, ictimai nəqliyyatlardan az istifadə etmək, lazımsız-gərəksiz səfərləri ləğv etmək lazımdır. Hər, bir ailənin yaşlı üzvləri var. Yaşlı insanlar virusun təsirinə daha tez məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Onlar başımızın tacıdır, valideynlərimizdir. Onları qorumaq borcumuzdur. Bu da bir sınaqdır. İnşallah bu sınaqdan yaxşı çıxmağın çox faizi öz əlimizdədir. Hər birimiz özümüzü və ətrafımızdakılara diqqət, qayğı ilə yanaşsaq əhəmiyyətini görərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*