Prezidentin oğlu nadir heyvanı ovladıqdan sonra buna rəsmi icazə alıbbackend

Prezidentin oğlu nadir heyvanı ovladıqdan sonra buna rəsmi icazə alıb

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp yazdığı “Tətikçi” kitabının təqdimatı məqsədi ilə ölkəni gəzməkdədir. Ancaq bu dəfə söhbət onun bir neçə ay əvvəl etdiyi başqa səfərdən gedir. Bu ilin yayınında Donald oğlu Donald tətil etmək qərarına gəlib və bunun üçün Monqolustana yollanıb.

ProPublica nəşrinin yazdığına görə, oğul Donald avqust ayında Qərbi Monqolustanın yüksəkhündürlüklü dağlarına səfər edib və nəsli kəsilməkdə olan dünyanın ən böyük qoyunu – arqalın ovunda iştirak edib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu ProPublica-ya istinadla bildirir ki, Monqolustanda bu qoyunlar “milli sərvət” hesab olunurlar və onların öldürülməsi qəti qadağandır. Onların ovlanması üçün icazənin verilməsi isə olduqca nadir hadisədir və demək olar ki, yoxdur, lakin Tramp arqalı öldürdükdən sonra bu icazəni əldə edə bilib – yazıq heyvanın öldürülməsinə ovçuluq icazəsi “arxa tarixlə” atasının Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşməsindən sonra alınıb.

Böyük buynuzlu argal Monqolustanda milli sərvət hesab olunur və onu öldürməyə icazə “ekspertlərin fikrincə pula, əlaqələrə və siyasətə söykənən qeyri-şəffaf bir icazə sistemi tərəfindən idarə olunur”. Heyvanın öldürülməsi və buna icazənin verilməsi arasında, ölkəni tərk etdikdən bir ay sonra, ABŞ Prezidentinin monqol həmkarı ilə görüşü baş tutub və ata Donald oğluna xüsusi icazənin verilməsini Battulqaya təklif edib.

Monqolustan dağlarında oğul Donalda bələdçilik etmiş 50 yaşlı Huandıq Ağbas söyləyib ki, “amerikalı ovçu arqalı gecə lazer tüfəngindən vurdu. O, bizə heyvanı yerindəcə parçalamağı qadağan etdi. Bunun əvəzinə xəz və buynuzlara zərər verməmək üçün cəsədi daşımaq üçün alüminium təbəqədən istifadə etməyi tapşırdı”.

Qeyd edək ki, arqal təbiəti müdafiə təşkilatları tərəfindən qorunur, hazırda beynəlxalq Qırmızı Kitabda həssas durumda olan növ hesab edilir – yəni nəsli kəsilmək üzrədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*