Prezidentin qatili 45 ildən sonra edam edildibackend

Prezidentin qatili 45 ildən sonra edam edildi

Banqladeşin ilk prezidenti Mudjibur Rəhmanın qatillərindən biri Əbdül Madjed şənbədən bazar gününə keçən gecə asılıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Anisula Haka istinadən “Bangladesh Sangbad Sangstha” agentliyi bildirib.

Ölkədə Rəhmanın ölümü ilə nəticələnən hərbi çevrilişdə iştirak etmiş zabitlər 1998-ci ildə ölüm cəzasına məhkum ediliblər. Onlardan beşi 2009-cu ildə edam olunub. Aprelin 8-də AFP agentliyi 45 illik axtarışdan sonra Madjedin həbsi haqqında məlumat verib.

Prezident Rəhman 1975-ci ilin 15 avqustunda Dəkkədəki iqamətgahında arvadı, üç oğlu, yaxın qohumları da daxil olmaqla, 20-yə yaxın şəxslə birlikdə öldürülüb. Ailənin həmin vaxt AFR-də olmuş iki qızı sağ qalıb. Onlardan biri Banqladeşin baş naziri Şeyx Hasinədir.

Report

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*