Priqojindən ŞOK ETİRAF: “ABŞ seçkilərinə müdaxilə etmişik”backend

Priqojindən ŞOK ETİRAF: “ABŞ seçkilərinə müdaxilə etmişik”

Sankt-Peterburqlu iş adamı, Kremlin strateqlərindən biri olan Yevgeni Priqojin özünə tabe strukturların ABŞ-dakı seçki kampaniyasına müdaxilə etdiyini təsdiqləyib.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, Priqojin ABŞ Konqresinə seçkilər öncəsi internetdə Rusiya ilə əlaqəli olduğu düşünülən trolların aşkarlanmasıyla bağlı suallara cavab verib.

“Mən sizə çox incə bir cavab verəcəyəm və üzr istəyirəm, müəyyən qeyri-müəyyənliyə yol verəcəyəm. Cənablar, bəli, biz qarışdıq, qarışırıq və qarışacağıq. Diqqətlə, dəqiq, cərrahi üsulla və özümüz bildiyimiz kimi. Məqsədli əməliyyatlarımız zamanı bir anda həm böyrəyi, həm də qaraciyəri çıxaracağıq”, – deyə Priqojin bildirib.

Qeyd edək ki, noyabrın 3-də süni intellektdən istifadə edərək sosial medianın məzmununu təhlil edən “Graphika” şirkəti rus internet trollarının demokrat namizədləri təhqir edən siyasi karikaturalar yaydığını aşkarlamış və bunu mətbuata yaymışdı.

Oktyabrın 29-dan bəri analitiklər seçki öncəsi mübarizənin xüsusilə gərgin getdiyi ştatlarda (Corciya, Ohayo, Nyu-York və Pensilvaniya) demokrat namizədlərin trollandığını aşkar ediblər. Burada demokrat siyasətçilərin karikaturaları milyonlarla istifadəçilərə asanlıqla çatdırılır. Həmin proqramların və saxta botların Priqojinin qurduğu və mərkəzi Sankt-Peterburq şəhərində olan “İnternet Araşdırmalar Agentliyi” ilə əlaqəli olduğu ortaya çıxıb. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*