“Prius” sürücüsünün bu görüntüsü həyəcana səbəb oldu – DYP hərəkətə keçdi – VİDEObackend

"Prius" sürücüsünün bu görüntüsü həyəcana səbəb oldu - DYP hərəkətə keçdi - VİDEO

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub. 

KONKRET.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik” adlanan avtoyuyucuda lentə alınıb.

Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb: “Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

Görüntüləri olduğu kimi təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*