Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yaydıbackend

Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yaydı

Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*