“Psixi problemləri var” – Erməni general Paşinyanı TƏHQİR ETDİbackend

Psixi problemləri var” - Erməni general Paşinyanı TƏHQİR ETDİ

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib.

Xatırladaq ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Qeyd edək ki, keçmiş baş qərargah rəis M.Akopyan mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid edib. Bundan sonra isə ona qarşı cinayət işi açılıb.

  • Aida
    Noyabr 27, 2020 - 17:37

    Akopyan indi deyir ki Paşinyan psixi xəstədi biz elə müharibənin ilk günündən deyirik bunu ////

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*