Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə – VİDEObackend

Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə - VİDEO

İşğaldan azad edilmiş ərazilərdəki peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi təsdiqləyib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, bu dəyişiklik Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa və işğaldan azad edilmiş digər ərazilərə qayıdan vətəndaşlar və onların övladları üçün peşə təhsilinə çıxışı daha da asanlaşdıracaq.

Ceyhun Kərəmov vurğuluyub ki, qanuna edilən dəyişiklik sayəsində vətəndaşların bu imkandan faydalanacağı və peşə təhsilinə marağın daha da artacağı gözlənilir.

Yeni qanun bu il sentyabrın 15-dən qüvvəyə minəcək.

Daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*