Putin ABŞ-ni ikiüzlülükdə ittiham etdibackend

Putin ABŞ-ni ikiüzlülükdə ittiham etdi

“Rusiya öz maraqlarının nəzərə alınması şərtilə ABŞ ilə strateji sabitliklə bağlı mövzularda dialoqa hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinə müraciəti zamanı Vladimir Putin bildirib.

“Əgər siz bütün planet üçün məsuliyyətli, vacib olan mühüm təhlükəsizlik və sabitlik məsələlərini müzakirə etmək istəyirsinizsə, o zaman müzakirələr kompleks şəkildə masaya qoyulmalıdır. Təbii ki, milli maraqlarımıza toxunan və Rusiya təhlükəsizliyinə təsir edən aspektləri nəzərə almaqla”, – deyə Putin qeyd edib.

O, ABŞ-nin strateji sabitlik üzrə dialoq təklif etməsi fonunda Rusiyanı məğlub etmək cəhdlərini ikiüzlülük adlandırıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*