Kreml Rusiya lideri Putinin Türkiyə səfərinin gündəmini açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.
Peskov Putinin gözlənilən Türkiyə səfəri ilə bağlı jurnalistlərə açıqlamalar verib. Səfərlə bağlı konkret tarix açıqlamayan Peskov bunları deyib:
“Müzakirə olunacaq mövzuların sayı çoxdur, gündəm çox zəngindir. Bu, təbii ki, ilk növbədə Rusiya-Türkiyə ikitərəfli əlaqələri və iqtisadi əməkdaşlıq imkanları ilə bağlıdır. Təbii ki, regional məsələlər, o cümlədən Ukrayna mövzusu da müzakirə olunacaq”.
Türkiyə ilə Rusiya arasında ticarət əlaqələri mövzusuna da toxunan Peskov Türkiyəni bu mövzuda çox prinsipial və müstəqil mövqe tutan azsaylı ölkələrdən biri adlandırıb.
Vəli Həsənov,
KONKRET.az
