Putin BMT Baş Assambleyasında iştirak etməyəcəkbackend

Putin BMT Baş Assambleyasında iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 77-ci sessiyasında çıxış etməyi planlaşdırmır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Səfər və çıxış planlaşdırılmır”, – deyə Peskov Putinin BMT Baş Assambleyasında səfər və çıxışının planlaşdırıb-planlaşdırılmadığı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək, onun çıxışı sentyabrın 24-nə planlaşdırılıb. Tədbirin sentyabrın 20-dən 26-a kimi baş tutacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*