Putin Ərdoğana GİLEYLƏNDİ: “Siz Ukraynaya PUA-lar verirsiniz, bizə isə yox…”backend

Putin Ərdoğana GİLEYLƏNDİ: "Siz Ukraynaya PUA-lar verirsiniz, bizə isə yox...”

Putin Türkiyədən “Bayraktar” almaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri və mətbuat katibi  İbrahim Kalın açıqlama verib. O, Putin və Ərdoğanın Rusiyada “Bayraktar” PUA-nın birgə istehsalı ilə bağlı danışıqlar barədə yayılan şayiələri cavablandırıb.

“Cənab Putin yarı zarafat, yarı ciddi dedi: “Siz Ukraynaya PUA-lar verirsiniz, niyə onları bizə vermirsiniz, biz də onları almaq istərdik”. Bizim prezidentimiz də gülümsədi.

Heç bir öhdəlikdən söhbət gedə bilməz. Putin də bizim mövqeyimizdən xəbərdardır. Biz Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. Amma biz bunu müharibəni qızışdırmaq üçün deyil, mümkün qədər tez bitirmək üçün edirik”, – deyə Kalın bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*