“Amerika filmləri və Yaponiyada nəşr edilən tarixi kitablar İkinci Dünya Müharibəsi ilə bağlı faktları təhrif edir. Məsələn, filmlərdə ABŞ nasizmin yeganə qalibi adlandırılır. Tarixi dərsliklər isə Xirosima və Naqasakinin kimin tərəfindən bombalanmasına həyasızcasına susur”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Hollivudda dəfələrlə ABŞ-ı nasizmin yeganə qalibi adlandıran filmlər çəkilib.
Putin onu da qeyd edib ki, “Yaponiyada Xirosima və Naqasakiyə atılan atom bombası nəticəsində həyatlarını itirmiş insanların anım günündə bu şəhərlərə bombaları kimin atdığını deməməklə ya utancaq şəkildə susurlar, ya da açıq-aşkar cəfəngiyyatlar yazırlar”.
Natiq Səlim,
KONKRET.az
