Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” mükafatı TƏQDİM ETDİbackend

Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” mükafatı TƏQDİM ETDİ

Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” mükafatını təqdim edib.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya “Qəhrəman ana” nişanını təqdim edib.

Putin Ramzan Kadırovun həyat yoldaşına “Qəhrəman Ana” fəxri adının nişanını təqdim edib

Putin çıxışı zamanı qeyd edib ki, “çoxuşaqlı ailələrə pərəstiş etmək xalqımızın ənənəsindədir”.

Medni Kadırova 13 uşaq anasıdır.

Bundan əvvəl Putin ailə institutunun möhkəmləndirilməsində, analığın əhəmiyyətinin artırılmasında və uşaqların tərbiyəsində xidmətlərinə görə yeddi anaya “Qəhrəman Ana” adı verib.

Avqust ayında Vladimir Putin Rusiya Federasiyasının vətəndaşı olan, habelə on və ya daha çox uşaq dünyaya gətirən və böyüdən analara “Qəhrəman ana” adının və 1 milyon rubl birdəfəlik müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*