Putin katerlə üzdü – Kronştadtda PARAD / VİDEObackend

Putin katerlə üzdü – Kronştadtda PARAD / VİDEO

Rusiya prezidenti Vladimir Putin katerlə Kronştadtda hərbi gəmilərin parad xəttini keçib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Raptor” katerindən o, ekipajı salamlayıb.

“Sizi Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edirəm”, – dövlət başçısı dənizçilərə müraciət edib.

Prezidenti səfərdə müdafiə naziri Sergey Şoyqu, Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Yevmenov və Qərb Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Vladimir Koçetkov müşayiət ediblər.

Daha sonra dövlət başçısı Sankt-Peterburqda Baş Dəniz Paradında iştirak edəcək və təntənəli nitq söyləyəcək. Bundan əlavə, o, Dəniz Doktrinasının və Hərbi Dəniz Qüvvələrinin Gəmi Nizamnaməsinin təsdiqi haqqında fərmanlar imzalayacaq.

Hər il iyulun son bazar günü Rusiyada Hərbi Dəniz Günü qeyd olunur. Bu il Rusiya Hərbi Dəniz Qüvvələri 326-cı ildönümünü keçirir. Bu il “Belqorod” nüvə sualtı qayığı donanmaya daxil olub.

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Vladimir Kasatonov jurnalistlərə bildirib ki, bu dəfə paradda 47 gəmi və 42 təyyarə iştirak edəcək.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*